Leonid Kajara: “Ukrayna və Aİ ilə danışıqları bərpa etdi”

Leonid Kajara: “Ukrayna və Aİ ilə danışıqları bərpa etdi”

"Ukrayna Avropa İttifaqına assosiativ üzvlüyə dair danışıqları bərpa etdi". Bu haqda SİA "İTAR-TASS"a istinadən xəbər verir.

Ukraynanın xarici işlər naziri Leonid Kojara bəyan edib ki, artıq Ukrayna ilə danışıqlar bərpa edilib: "Brüsselin texniki missiyası var. Müzakirə olunmalı bir sıra məsələlər müəyyən edilib. İndi daha yüksək səviyyədə - baş nazir Sergey Arbuzovla görüş gözlənilir".

Leonid Kojara Ukraynanın avrointeqrasiya kursunun müəyyənləşdirilmiş qanunvericilik çərçivəsində aparılmasının lehinə olduğunu vurğulayıb: "Düşünürəm ki, inteqrasiya proseslərində iştirak etməyən dövlət dünya bazarında rəqabət mübarizəsini uduzmuş olur. Biz avointeqrasiya kursunu davam etdirməliyik. Çünki, bu dövlətin və hakimiyyətin rəsmi xəttidir, bunu qanun tələb edir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə