“El” Hərəkatının qurultay günü məlum oldu

Əflan İbrahimov: “Hərəkatı partiyaya çevirəcəyik”
“El” Hərəkatının qurultay günü məlum oldu

"El" Hərəkatının I təsis qurultayı keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə hərəkat sədri Əflan İbrahimov qurumun siyasi partiyaya çevrilməsi qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qurultay dekabrın 20-də Bakıda yerləşən şadlıq saraylarının birində baş tutacaq və orada hərəkatın siyasi partiyaya çevrilməsi bəyan ediləcək: "Qurultaya 150 nəfər dəvət olunub. Onların arasında Azərbaycanda fəaliyyət göstərən səfirliklər və onların nümayəndələri, ziyalılar və elm adamları var. İnanırıq ki, bu partiya 2015-ci ilə kimi Azərbaycanda öz sözünü deyəcək və dövlətçiliyin xidmətində dayanaraq, irəli gedəcək partiyalardan birinə çevriləcək".

Xatırladaq ki, Əflan İbrahimov daha öncə Eldar Namazovun təsis etdiyi "El" Hərəkatında təmsil olunub. Daha sonra bu hərəkatın milli mənafelərə və dövlətçiliyə xələl gətirdiyini əsas gərirərək, həmin qurumdan istefa verib. Hazırda o, alternativ "El" Hərəkatının sədridir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə