Millət vəkili: ““Şahdəniz 2” layihəsi ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir”

Millət vəkili: ““Şahdəniz 2” layihəsi ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir”

""Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi, ölkə rəhbəri İlham Əliyevin son illərdə həyata keçirdiyi mütərəqqi proseslərin, gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya millət vəkili Xanhüseyn Kazımlı "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili layihəni Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunan "Əsrin Müqaviləsi"nin, yəni böyük siyasətin uğurlu davamı kimi atılan addımlardan biri kimi dəyərləndirib.

Onun sözlərinə görə, layihə Azərbaycanla Avropa ölkələri arasında siyasi əlaqələrin daha da güclənməsinə şərait yaradacaq: "Layihə dünyanın ən böyük enerji layihəsidir. Ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Dünyanın ayrı-ayrı ölkələrinə nəzər yetirəndə qaza, karbohidrogenlərə daha çox ehtiyac olduğunu görürük. Buna görə də böyük xoşbəxtlikdir ki, ölkəmiz belə böyük sərvətlərə malikdir. "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsini Azərbaycanın işgüzar əməkdaşlığının bundan sonra daha da inkişafı və münaqişəyə yox deyir siyasətinin davamı kimi qiymətləndirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə