Sərdar Cəlaloğlu: “Mitinqlər müxalifətin belini qırıb”

Sərdar Cəlaloğlu: “Mitinqlər müxalifətin belini qırıb”

ADP sədri Sərdar Cəlaloğlu müxalifətin yalnız Milli Şuradan ibarət olmadığını deyib və ənənəvi müxalifəti sərt şəkildə tənqid edib. SİA-nın məlumatına görə, müxalifətçi partiya sədri bildirib ki, siyasi fəaliyyət aksiyaların keçirilməsi ilə başa çatmır: "Bizim siyasi partiya olaraq bir vəzifəmiz də cəmiyyətin demokratik şüurunun inkişafına nail olmaq üçün maarifləndirmə işi aparmaqdır. Siyasətlə məşğulam, kitab yazıram, tədbirlərdə iştirak edirəm. Bütün bunlar siyasi fəaliyyətdir. Piket və mitinqlərin siyasi fəaliyyətin əsas elementi kimi götürülməsi müxalifətin belini qırıb".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə