Bakı Humanitar Forumu müasir dövrün ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl meydandır

Bakı Humanitar Forumu müasir dövrün ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl meydandır

Avropa Siyasət Mərkəzinin aparıcı analitiki, Britaniya eksperti və jurnalisti Amanda Pol bu il oktyabrın 31-dən noyabrın 1-dək Azərbaycanın paytaxtında keçirilmiş Üçüncü Bakı Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirib.

Amanda Pol deyib ki, dünya şöhrətli tanınmış ekspertlərin iştirakı ilə hər il keçirilən bu forum bəşəriyyətin qarşısında duran müasir dövrün ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl meydandır. O, dünyanın hər yerindən gəlmiş istedadlı mütəfəkkirlər, alimlər, biznesmenlər, siyasətçilər və digər görkəmli şəxsiyyətlər ilə, o cümlədən keçmiş prezidentlər, Nobel mükafatı laureatları və s. ilə görüşmək, əməkdaşlıq əlaqələri qurmaq və bu əlaqələri genişləndirmək üçün imkan yaradır.

Amanda Pol panellərdəki müzakirələri canlı və interaktiv müzakirələr kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə