Edvard Nalbandyan həmsədrlərlə görüşüb

Edvard Nalbandyan həmsədrlərlə görüşüb

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, nazirin həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşündə Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunması ilə bağlı müzakirələr davam etdirilib.

Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ilin əvvəlində görüşünün təşkil edilməsinin mümkünlüyü müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə