Əli Həsənov: "Emənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb"

Əli Həsənov: "Emənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb"

"Ümummilli lider Heydər Əliyev davamlı olaraq ömrünün sonuna kimi Azərbaycan gəncliyini, aydınlarını, ziyalılarını, alimlərimizi, hər bir ölkə vətəndaşımızı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan andan fəallığa çağırıb". SİA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimində çıxışı zamanı bildirib.

"Sözün həqiqi mənasında ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Ötən bütün dövr ərzində (1905-1907, 1918-20, 1948-53 və 1988-ci illərdən başlayaraq bu gün də daxil olmaqla) biz ermənilərin fiziki, mənəvi informasiya və digər basqılarına məruz qalmışıq" -deyə, PA rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə