"Beynəlxalq əlaqələr bundan sonra da uğurla inkişaf edəcək"

"Beynəlxalq əlaqələr bundan sonra da uğurla inkişaf edəcək"

"2013-cü il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri baxımından uğurlu oldu. Hakim partiyanın beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir. Buna nümunə kimi ölkədə partiyanın təşəbbüsü ilə keçirilən tədbirləri, eləcə də ikitərəfli münasibətləri göstərmək olar". SİA-nın məlumatına görə, bunu YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev yap.org.az saytına açıqlamasında deyib.

O bildirib ki, cari ilin aprel ayında İCAPP-ın Qadınlar Qolunun ilk iclası, avqustda isə Gənclər təşkilatının toplantısı oldu: "Həmin tədbirlərdə iddi qərarlar qəbul olundu. Eləcə də, Türkiyədə İCAPP-ın Daimi Komitəsinin iclasında iştirak etmişik. İCAPP-ın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etdik, Daimi Komitənin bir iclası da Vyetnamda oldu. Bundan əlavə, İCAPP çərçivəsində bir sıra partiyalarla əməkdaşlıq haqında memorandum imzalamışıq. İCAPP böyük təşkilatldır, özündə 340-dan çox siyasi partiyanı birləşdirir. YAP bu təşkilat çərçivəsində həm iqtidarda, həm də müxalifətdə olan partiyalarla əməkdaşlıq edir. Qurumun Daimi Komitəsinin üzvü seçilməyimizin səbəbi də geniş xarici siyasət həyata keçirməyimizdir. Avropaya gəldikdə isə, biz Avropa Xalqları Partiyası ilə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, partiyamızın beynəlxalq əlaqələri inkişaf edir. Bu da ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Təbii ki, beynəlxalq əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə