İtaliya xarici işlər nazirinin müavini: “Cənub qaz dəhlizi layihəsi Avropa üçün strateji maraq kəsb edir”
"Xəzərin Azərbaycan sektorundakı "Şəhdəniz" qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə sabah Bakıda keçiriləcək mərasim çox vacibdir və bu mərasimdə İtaliya nümayəndə heyətini xarici işlər naziri Emma Bonino təmsil edəcək". SİA-nın məlumatına görə, bu fikirləri İtaliya xarici işlər nazirinin müavini Marta Dassu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sabah Bakıda keçiriləcək mərasim uzun və mürəkkəb bir prosesə yekun vuracaq: "İtaliya TAP layihəsinin reallaşmasında çox maraqlıdır. Cənub qaz dəhlizi layihəsi Avropanın qaz təchizatını şaxələndirən layihə kimi təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa üçün strateji maraq kəsb edir və Avropanı enerji təhlükəsizliyi baxımından təmin edəcək. Ona görə, sabah həlledici günlərdəndir".
M.Dassu deyib ki, İtaliya Azərbaycanla iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB