"Müxalifətdə olanlar özlərinin fədakarlığını sözün əsl mənasında aşıqlar kimi tərənnüm edirlər. Milli Şura heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəldi. 500-600 nəfərlə başlanan mitinq 30 dəqiqədən sonra 300 adama kimi azalmışdı, ona görə də tələm-tələsik yekunlaşdırdılar. İndi belə bir uğursuzluqdan sonra bu insanlar "nə üçün belə alındı" sualını özlərinə verəcəklərmi? Xeyr. Onlar təqribən "belə bir havada bu qədər adam gəlmişdisə, deməli, hamı hökümətdən narazıdır" deyəcəklər". Bu fikirləri Rəsul Quliyev öz facebook səhifəsində yazıb.
O qeyd edib ki, bu ''liderlərə'' "insanlar sizə inanmadıqlarına görə mitinqə gəlmirlər"i necə başa salmaq olar, bilmirəm: "Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddia edir. Yəni, üst-üstə 30 min. Soruşmaq lazımdır: hanı o üzvlər, onların heç olmazsa, 10 faizi gəlsəydi, 3 min olardı. Bu gün azərbaycanlıların başının altına yastıq qoyan, xalqın "azadlığı uğrunda mübarizə" apardığını gözə soxmaq istəyən bu günkü müxalifət liderləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB