Eynulla Fətullayev: “Xədicə İsmayilova həyasızcasına plagiatlıqla məşquldur” EKSKLÜZİV
"Xədicə İsmayilova həyasızcasına plagiatlıqla məşquldur". Bu sözləri SİA-ya verdiyi eksklüziv açıqlamasında jurnalist Eynulla Fətullayev bildirib. Onun sözlərinə görə, "Global Witness" təşkilatı adlı bir təşkilat fəaliyyət göstərir və bu təşkilat bir neçə gün öncə "Azerbaijan anonymous" adlı qərəzli hesabat yaymışdı: "Sonradan həmin təşkilat mətbuata açıqlamasında bildirdi ki, bu hesabat bir il ərzində hazırlanıb. Bu məlumat həmin təşkilatın rəsmi səhifəsində öz əksini tapır".
"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmyilovanın öz facebook səhifəsində bu hesabatı "yerli araşdırma" kimi təqdim edərək həmin qərəzli məlumatları "siyasi sensasiya" qismində təqdim etməsinin həyasızlıq olduğunu deyən Eynulla Fətullayev daha bir ilginc məqama toxunaraq qeyd edib ki, Xədicə İsmayılova həmin təşkilatla iş birliyində olduğu üçün hesabat yayılmamış onu öz "araşdırmasının məhsulu" kimi qələmə verib: "Təqribən 10 saatdan sonra həmin təşkilat bəyanatla çıxış edərək bu hesabatın məhz "Global Witness" təşkilatına mənsub olduğunu sübut etmiş oldu. Mən bir daha deyirəm ki, Xədicə İsmayilovanın indiyə qədər bir dənə də olsun, məqaləsini, yazısını, jurnalist araşdırmasını biz görməmişik. Onun nə korrespondensiyası var, nə də ki, başqa heç nəyi. Onun "yaradıcılığı" Azərbaycanda maraqları olan qərəzli təşkilatların Azərbaycanla bağlı yalan məlumatlarının təsnifatından ibarətdir".
Eynulla Fətullayevin sözlərinə görə, Xədicə İsmayilova bu məlumatı götürərək özəlləşdirir və bunun adını qoyur "jurnalist araşdırması": "Belə araşdırma olmaz. Bununla da Xədicə İsmayilovanın "yaradıcılığı"nın başdan ayağa plagiat olduğu sübut olundu. Hətta bu plagiatlıq həyasızcasına olan plagiatlıqdır".
Eynulla Fətullayev sonda qeyd etdi ki, bu Xədicə İsmayılovanın xislətindən, "tərbiyəsindən", "əxlaqından", onun "mənəviyyatından" xəbər verən ştrixlərdir.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB