"AXCP ilə birləşmək Müsavat apartiyasının gündəmində deyil və bu barədə düşünmürük". Bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı AXCP sədri Əli Kərimlinin dünənki görüşdən sonra iki partiyanın birləşmə təklifinə münasibət bildirərkən deyib. Müsavat rəsmisinin sözlərinə görə, hazırda Müsavat Partiyası müxalifətdaxili inteqrasiyanə daha vacib sayır və AXCP ilə birləşməyi məqsədəuyğun hesab etmir.
Xatırladaq ki, dünən AXCP-nin qərargahında iki partiya arasında baş tutan görüşdən sonra Cəbhə sədri Əli Kərimli Müsavat Partiyası ilə taktiki fikir ayrılığının olduğunu deyib. Əli Kərimli qarşı tərəfə xatırlatma da edərək bildirib ki, bir müddət öncə Müsavat Partiyası AXCP ilə birləşmək təklifini irəli sürmüşdü və AXCP də birləşmə ilə bağlı qərar verdi: "Amma Müsavat Partiyası təklifimizi qəbul etmədi".
Gülağa Aslanlı Əli Kərimlinin taktiki fikir ayrılığına dair sözlərindən də heç nə anlamadığını qeyd edib: "Əli Kərimli taktiki fikir ayrılığı deyərkən bunun açmasını verməyibmi? Verməyibsə, mən də bu barədə hələlik heç nə deyə bilmərəm".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB