Niyaməddin Orduxanlı: “Milli Şuranın keçirəcəyi mitinqə ehtiyac yoxdur”

Niyaməddin Orduxanlı: “Milli Şuranın keçirəcəyi mitinqə ehtiyac yoxdur”

"Milli Şuranın keçirəcəyi mitinqə ehtiyac yoxdur. Onların aksiya qərarı yalnışdır". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı söyləyib.

N.Orduxanlı, həmçinin onu da qeyd edib ki, bu mitinqə heç kəs qoşulmayacaq: "Vətəndaşlar belə bir mitinqin təşkil olunmasına heç bir zərurət görmədikləri üçün oraya - aksiyanın keçiriləcəyi yerə gəlməyəcəklər. Bu cür mitinqlərin, aksiyaların keçirilməsinə ehtiyac yoxdur və Milli Şura üzvləri özlərini reklam etmək fikrindədirlər".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə