Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi ulu öndərin vəfatının ildönümü ilə əlaqədar ehsan verib
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərindəki qədim Darüziafə qəsrində ulu öndəri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar ehsan verib.
Salona toplaşmış Bursa Uludağ Universitetinin müəllim və tələbələri, şəhər bələdiyyəsi və ictimaiyyətin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Din xadimi Heydər Əliyevin ruhuna müqəddəs Qurandan Yasin surəsi oxuyub.
Uludağ Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Tayyar Arı ulu öndər Heydər Əliyevin Azərbaycan, Türkiyə və bütün türk dünyası qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin əməkdaşı Ramil Ağayev təmsilçiliyin Türkiyədə həyata keçirdiyi layihələr, gördüyü işlərdən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB