Müsavat Partiyası Milli Şurada fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində AXCP ilə görüş keçirəcək. SİA-nın məlumatına görə, AXCP qərargahında keçiriləcək görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arzu Səmədbəyli və başqan müavinlərinin iştirakı nəzərdə tutulub. AXCP tərəfindən isə Əli Kərimlinin, Həsən Kərimovun, eləcə də digər funksionerlərin iştirakı bildirilir.
Bu arada sabahkı görüş barədə etibarlı mənbədən daha bir məlumat daxil olub. Məlumata görə, Müsavat Partiyası həmin görüşdə dəyişilməz tələbini irəli sürməklə, ya Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən uzaqlaşdırılmasını, ya da Milli Şurada həmsədrliyinin yaradılaraq oraya İsa Qəmbərin və Əli Kərimlinin təyin olunmasını bildirəcək. Artıq AXCP rəsmiləri də bu tələb barədə məlumatlı olduqlarına görə, görüşün səmərə verəməyəcəyi, Müsavat Partiyasının isə Milli Şuradan gedəcəyi qənaətindədirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB