ABŞ-dan şərh: "Regional liderlər arasında dialoq üçün bir fürsət təmin edəcəyini ümid edirik"
ABŞ Davudoğlunu dəstəkləyir!

ABŞ Dövlət katibinin sözçüsü Jen Psaki Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana təşkil edilən səfərindən məmnuniyyət duyduğunu və bu ziyarətin regional liderlər arasında dialoq üçün bir fürsətin təmin ediləcəyinə ümid etdiyini bildirib. Bu haqda SİA Türkiyənin "Haber Türk" nəşrinə istinadən xəbər verir.

Psaki brifinq zamanı Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yığıncağına qatılmaq üzrə sabah Ermənistanın paytaxtı İrəvana gedəcəyinə dair öz münasibətini bildirdikdən sonra ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, protokollarının imzalanması mümkünlüyünün qonşu dövlətlər arasındakı əlaqələrin gücləndirilməsinə, hər iki ölkə xalqları üçün yeni fürsətlərin yaradılmasına kömək edə biləcəyi, sərhədin açılması kimi konkret addımları nəzərə alaraq Psaki "Bu səbəbdən ziyarəti dəstəkləyirik və münaqişənin həllinə dair bir irəliləyiş əldə edə biləcəyinizə inanırıq", deyib.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə