Azərbaycan beynəlxalq seminarda təmsil olunacaq

Azərbaycan beynəlxalq seminarda təmsil olunacaq

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Dr. Rövşən İbrahimov "Vilnüs Sammitindən sonra Şərq Tərəfdaşlığı – Çağırışlar və Perspektivlər " mövzusunda seminarda iştirak və çıxış etmək üçün Vilnüs şəhərinə yola düşüb.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Rövşən İbrahimov "Siyasi Ölçü: Tərəfdaşlıq ölkələrinin Vilnüs Sammitindən sonrakı daxili və xarici vəziyyəti kontekstində Şərq Tərəfdaşlığı Proqramının real əhəmiyyəti" mövzusunda çıxış edəcək.

Seminarın keçirilməsində məqsəd Vilnüs Sammitindən sonrakı vəziyyəti və gələcək perspektivləri təhlil etməkdir.

Tədbirdə çıxış etmək üçün Şərq Tərəfdaşlığının 6 ölkəsindən ekspertlər dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə