QMİDK-də Ümummilli lider Heydər Əliyev anılıb

QMİDK-də Ümummilli lider Heydər Əliyev anılıb

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırıb ki, 12 dekabr 2003-cü il Azərbaycan üçün həm faciəvi, həm də təhlükəli tarix idi: "Ulu öndər Heydər Əliyevin doğum günü - 10 may sevinc günüdürsə, onun vəfatı günü - 12 dekabr bizim üçün faciəvi gündür. Biz o günədək hesab edirdik ki, Heydər Əliyev yalnız Azərbaycan xalqına məxsusdur. Lakin həmin gün gördük ki, o, bütün dünyaya məxsusdur".

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib.

Daha sonra Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimatı olub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə