Hafiz Hacıyev: “Müxalifət satqınlar şurasının yığıncağıdır” AÇIQLAMA
"Müxalifət satqınlar şurasının yığıncağıdır. Qəmbərov İsa və Kərimov Əli xarici dövlətlərdən qrant alan insanlardır. Xarici dairələr bu satqın müxalifətə hər dəfə 1-2 milyon manat məbləğində pul göndərir. Hətta bu barədə Qəmbərov İsa və Kərimov Əli arasında böyük mübahisə gedir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifətin dekabrın 15-nə planlaşdırdığı növbəti aksiyaya münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, müxalifət indi də özünü xalqa əzabkeş insan qismində göstərməyə çalışır və bununla da Azərbaycan ictimaiyyətinə yaltaqlanır. Guya ki, bunlar Azərbaycanda benzinin qiymətinin artmasına qarşı çıxır və bununla da xalqa can yandırır. Əksinə bu, heç də belə deyil. Onlar sadəcə olaraq xaricdən aldıqları qrant uğrunda mübarizə aparırlar. Qəmbərov İsa və Kərimov Əli kimin güclü, kimin gücsüz olduğunu xalqa göstərməyə çalışır. Bu insanları ancaq öz şəxsi maraqları düşündürür".
H.Hacıyev bildirib ki, indi də satqın müxalifətə xarici dairələr tərəfindən göstəriş verilib ki, Ukraynadakı hadisələr Azərbaycanda da təkrarlanmalıdır: "Bunların hər biri dövlət çevrilişi ilə bağlı məsələlərdir. Bu insanlar narahatdır ki, cənab Prezident İlham Əliyev yenidən prezident seçildikdən sonra ölkədə islahatlar aparacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB