“Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihə həyata keçiriləcək
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 9-13 dekabr tarixində "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihəni həyata keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri:əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri" ,"Şərq tərəfdaşlığı" və s. olacaq. 10 Avropa ölkəsindən 15 nəfər iştirakçı Forumda iştiraka vəsiqə qazanıb.
Bu ölkələr Fransa, Almanya, İsveçrə, Türkiyə, B. Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan ölkərənin gənf fəalları iştirak edəcəkdir. Tədbirdə iştirak edəcək dövlət rəsmiləri, səfirliklər və ekspertlər barədə məlumat növbəti həftələrdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB