Xədicə İsmayıl ilə Müsavat başqanı İsa Qəmbər arasında "Azadlıq radiosu"nda olan mübahisə müxalifət cəbhəsindəki gərginliyi, xüsusilə də, Müsavat və AXCP arasındakı ziddiyyətləri daha da artırıb. Müsavat funksionerləri "Azadlıq radiosu"nda İ.Qəmbərə kəskin suallar verən X.İsmayılı AXCP mövqeyindən çıxış etməkdə qınayırlar.
Müsavatın Divan üzvü İkram İsrafil məsələyə aydınlıq gətirərək deyib ki, "Xədicə İsmayılın AXCP-yə yaxın olduğu heç kəsə sirr deyil: "Mən deyərdim ki, bəlkə də bu partiyanın üzvüdür. O gün bu, onun verdiyi suallarda çılpaqlığı ilə hiss olundu. Təkcə dünən yox, hər zaman bir çox açıqlamalarında onun AXCP üzvü kimi mövqe sərgiləməsi ortada olub.
Müsavatçılar X.İsmayılı AXCP sədri Əli Kərimli ilə əlbir olmaqda suçlayaraq onun Müsavat başqanına qərəzli şəkildə suallar veridiyini bildirirlər.
X. İsmayılın isə, Azadlıq" qəzetinin 08.12.2013-cü il tarixli sayında açıqlaması dərc olunub. O, "Azadlıq" qəzetinə açıqlamasında AXCP-yə yaxın olması barədə deyilənləri əsassız sayıb: "Mən AXCP-nin üzvü deyiləm. 2004-cü ildə bu partiyadan çıxmışam".
Məsələyə AXCP sədri Ə. Kərimli qısa və ironik münasibət bildirib. O qeyd edib ki, Xədicənin AXCP üzvü olub-olmaması heç nəyi dəyişmir: "Xədicəni cəbhəçi kimi təqdim etməyin əleyhinəyəm".
Xatırladaq ki, bir neçə gün öncə "Azadlıq radiosu"nda X.İsmayıl ilə İ.Qəmbər arasında canlı verilişdə xoşagəlməz anlar yaşanmışdı, hər iki şəxs bir-birini kəskin sözlərlərə müxalifət cəbhəsində baş verən iflasa görə günahlandırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB