Erməni hakimiyyətinin gecə-gündüz gözünə yuxu getmədən yalnız bir istiqamətdə fikirləşir: hardan, kimdən və necə yeni vergi qoparmaq olar. SİA-nın məlumatına görə, bu haqda Ermənistanın "Ayats" nəşrində qeyd edilir.
Nəşrdə yazılır ki, erməni hakimiyyətində də bu sualı cavablandıracaq bir ağıllı çox keçmədən tapıldı: "Hazırda bu ağıllının fikri əsasında hətta, yeni qanun layihəsi də hazırlanır. Yaxın zamanlarda biz heç yerdən və heç kimdən eşitmədiyimiz və görünməyən layihə haqda eşidəcəyik. Bu layihə 2014-cü ildən qüvvəyə minəcək. Belə ki, əhalinin əldə etdiyi dividentin 5 faizini vergi ödəməli olacaq".
"Ayats" nəşri qeyd edir ki, bu vergi forması dünyanın heç bir yerində yoxdur: "Bu vergi forması xırda, orta və böyük bizneslə məşğul olan sahibkarlara da aiddir. Yəni, həmin sahibkarlar dövlətə ödəməli olan vergini ödədikdən sonra qalan məbləğin 5 faizini yenə dövlətə verməlidir. Belə bir vergi siyasəti heç yerdə yoxdur. Bu qanun layihəsi bütün qanunlara ziddir. Bunu "xalis emiqrasiya" ya aparan layihə adlandırmaq lazımdır".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB