Eynulla Fətullayev: "Xədicə İsmayılova müəyyən xarici orqanlara kompromatlar təqdim edir" EKSKLÜZİV
"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın Müsavat Partiyası başqanı İsa Qəmbərlə müsahibəsində qərəzə yol verməsi, eləcə də jurnalistin tərəf kimi mövqeyini ortaya qoyması yolverilməzdir". Bu fikirləri SİA-ya eksklüziv açıqlamasında jurnalist Eynulla Fətullayev bildirib. Onun fikrincə, Xədicə İsmayılovanın bu kimi davranışları başa düşülməyəndir: "Bu, əslində, mediada Xədicə İsmayılova simptomudur. O, özünü peşəkar jurnalist kimi hiss edərək təhqirlər edib qışqırmağı, kimlərisə günahkar çıxarmağı, siyasi yöndən tərəfdar qismində çıxış etməyi professionallıq hesab edir".
Eynulla Fətullayev onu da qeyd etdi ki, Xədicə İsmayılovanın "peşəkarlığı" onun ətrafa "demokratik" baxışlarından da görünür: "Bildiyimiz qədər "Azadlıq" radiosu ABŞ-ın və dünyanın ən aparıcı radio efirlərindəndir ki, onun bir şöbəsi də Azərbaycanda fəaliyyət göstərir. "Azadlıq" radiosunun Lari Kinq kimi dünya şöhrətli media təmsilçiləri olub. Bütün bunlardan sonra radionun Xədicə İsmayılova kimi "jurnalist"lərə ehtiyacı olmasına görə təəssüf hissi keçirirəm".
"Müsahibələrində heç bir korreksiya, tərəfsizlik qoymadığına görə, düşünürəm ki, Xədicə İsmayılova müəyyən xarici orqanlara kompromatlar təqdim edir. Ümumiyyəltə, Xədicə İsmayılovanın vücudunda belə qeyri məsuliyyətsizlik mövcuddur" - deyə o əlavə edib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB