Fəttah Heydərov: “Xəzərin keşiyində duran şəxsə bu adın verilməsi qürurvericidir”

Fəttah Heydərov: “Xəzərin keşiyində duran şəxsə bu adın verilməsi qürurvericidir”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi fərəh hissi doğurur. Xəzərin keşiyində duran şəxsə belə yüksək adın verilməsi çox yerinə düşən bir haldır". Bunu SİA-ya millət vəkili Fəttah Heydərov deyib.

Onun sözlərinə görə, Xəzər sakit olan zaman, öz sərvətlərini insanlara səxavətlə bəxş edir və edəcək.

F.Heydərov vurğulayıb ki, Azərbaycanda bütün sahələr üzrə yüksəliş o qədər güclüdür ki, bu reallıq dünyanın hər yerindən görünür.

Millət vəkili deyib ki, mətbuat işçilərinin dostu olmaq da hərtərəfli, mükəmməl şəxsiyyət olmaq deməkdir: "Fərəh hissi doğurur ki, Prezidentimiz İlham Əliyev bu xüsusiyyətlərin hər birinə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə