Rusiya agentliyi: “Azərbaycan, Türkiyə və Türkmənistan üçlər ittifaqı yaradır”

Rusiya agentliyi: “Azərbaycan, Türkiyə və Türkmənistan üçlər ittifaqı yaradır”

Azərbaycan Türkiyə və Türkmənistan üçlər ittifaqı yaratmaq qərarına gəliblər. Bu haqda SİA Rusiyanın "Rosbalt" saytına istinadən xəbər verir. Belə ki, bu haqda Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu ATƏT-in 20-ci sessiyasında bildirib.

Bir sıra mənbələrə istinadən isə bu üçlük bir neçə variantda təqdim olunur. Belə ki, Azərbaycan, İran, Türkiyə və ya Azərbaycan, Türkiyə, Gürcüstan. Bununla əlaqədar bu ölkələrin XİN başçıları hər il görüş keçirirlər.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki səfiri, "Çoxkanallı Diplomatiya İnstitutu" qeyri-hökumət təşkilatının qurucusu Con Makdonald Cənubi Qafqazda vahid iqtisadi zona yaratmaq təklifini irəli sürmüşdü. Gürcüstanın keçmiş baş naziri Bidzina İvanivili isə bu ideyanı dəstəkləyələrdən idi.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə