ATƏT-in Nazirlər Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

ATƏT-in Nazirlər Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasından Ankaraya dönən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazdakı digər münaqişələrin həllinin də müzakirə olunduğunu deyib. Nazir bildirib ki, Türkiyə bu münaqişələrin ATƏT çərçivəsində həlli prosesinin sürətləndirilməsinin tərəfdarıdır.

Türkiyəli nazir daha sonra deyib ki, Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş zamanı Türkiyə-Azərbaycan-Türkmənistan xarici siyasət idarələrinin üçlü formatının yaradılması qərara alınıb. İlk iclasın isə Türkmənistanda keçirilməsi planlaşdırılır. Bu format Türkiyə və Azərbaycan, İran və Gürcüstan arasında mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə