Akif Aşırlı: “Bütün bu uğurlar Azərbaycanın imicinin beynəlxalq aləmdə yüksəldilməsidir” AÇIQLAMA

Akif Aşırlı: “Bütün bu uğurlar Azərbaycanın imicinin beynəlxalq aləmdə yüksəldilməsidir” AÇIQLAMA

"Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi tam əsaslıdır". Bunu SİA-ya "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır: "Biz bu il ölkəmizi BMT TŞ-nın daimi nümayəndəliyində sədr kimi gördük. Bununla da Azərbaycan beynəlxalq quruma rəhbərlik missiyasını öz üzərinə götürdü və dövlətlərarası münasibətlərə öz töhvəsini verdi. Eyni zamanda Azərbaycan regiondan sülhün, sabitliyin, iqtisadi inkişafın əsası olan bir ölkə qəbul olunur. Bu sahədə aparılan iş dünya ölkələri xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən müsbət dəyərləndirilir. Bununla belə, Azərbaycan Avropanın təhlükəsizliyi məsələsində çox önəmli aktiv fəaliyyəti var. Təbii ki, bütün bunların hamısı Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların nəticəsidir. Cənab Prezident İlham Əliyevin Vilnüs sammitində iştirakı zamanı Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi istiqamətində apardığı siyasət və s. daim diqqət mərkəzində olub. Bir sözlə, bütün bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksədilməsi və dünya ölkələri tərəfindən dövlətimizin önəminin artmasından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə