Rauf Arifoğlu: “Əli Kərimli məni həbs tələbi ilə prokurorluğa vermişdi”

Rauf Arifoğlu: “Əli Kərimli məni həbs tələbi ilə prokurorluğa vermişdi”

"Mən AXCP üzvlərinə də, həmçinin, rəhbərliyinə də dəfələrlə xəbərdarlıq etmişəm. Onların mənə qarşı söylədikləri təhqiramiz fikirlərin qarşısı ilk olaraq elə onların özləri tərəfindən alınmalıdır". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.

Baş redaktor, həmçinin bildirib ki, Əli Kərimlinin onu məhkəməyə verdiyi vaxtlar heç də məhkəmə prosesi onun dediyi kimi yumşaq halda, humanist prinsiplərə əsaslanaraq keçirilməmişdi: "AXCP sədri Əli Kərimli məni həbs tələbi ilə prokurorluğa vermişdi. Onu da qeyd edim ki, o zamanlar üçün hansısa qəzetin baş redaktorunu iki maddə üzrə məhkəməyə vermək ayıb sayılmırdısa, zənnimcə, indi də mənim öz hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etməyim ayıb sayıla bilməz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə