Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə