XİN: “Biz əminik ki, ATƏT DTİHB-nin roluna yenidən baxılması...,”

XİN: “Biz əminik ki, ATƏT DTİHB-nin roluna yenidən baxılması...,”

"1975-ci ildə imzalanmış Helsinki Yekun Aktının rəhbər prinsiplərinə əməl olunması və dialoq ATƏT-in əsas funksiyalarının həyata keçirilməsi üçün imperativdir". SİA-nın məlumatına görə, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında çıxışında Azərbaycanın xarici işlər naziri (XİN) Elmar Məmmədyarov deyib.

Nazir hesab edirb ki, İsveçrə və Serbiyanın qarşıdakı sədrliyi tərəfindən təklif olunan yol xəritəsi bizə ATƏT-in əksər problemli məsələlərini həll etməyə xüsusilə həlli uzanan münaqişələrin həllinə və silahlar üzərində nəzarətin təmin olunmasına imkan verəcək: "Münaqişələrdən əziyyət çəkən ərazilərin demilitarizasiyasına nail olmadan silahlar üzərində ədalətli nəzarət mexanizmi formalaşdırmaqda uğur qazanmaq mümkün deyil".

Elmar Məmmədyarov ATƏT-in institutlarının Azərbaycanda keçirilmiş seçkilərə verdiyi qiymətə də toxunaraq deyib ki, yalnız texniki mandata və biliklərə əsaslanaraq, müvafiq durumla bağlı konkret məlumatlara malik olmadan və öz fəaliyyətini baş katiblə, sədrliklə əlaqələndirmədən ayrı-ayrı institutlar seçkilərin monitorinqi də daxil olmaqla, siyasi məsələlər barədə bütün təşkilatın adından bəyanatla çıxış edirlər: "Biz əminik ki, ATƏT DTİHB-nin roluna yenidən baxılması "Helsinki-40" prosesi çərçivəsində həyata keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə