"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyəvi dövlətə çevrilməsində xüsusi rol oynayıb"
"O zaman elə bir güclü siyasətçi olmadı ki, Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıda bilsin. Bunun üçün ağıl, yüksək siyasi bacarıq lazım idi ki, Azərbaycanı Şərqlə Qərbin qovşağında bir dövlət kimi yaratmaq mümkün olsun. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Ümummilli Lider Heydər Əliyevin- müasir, müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının sosial rifahı, mədəni tərəqqisi üçün danılmaz fəaliyyəti hər kəsə bəllidir: "Qeyri-adi zəka sahibi, geniş dünyagörüşünə və zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev mütərəqqi ideyaları, uzaqgörən siyasəti nəticəsində xalqı, ölkə iqtisadiyyatını böhrandan çıxarıb, Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirib. Həmçinin, Heydər Əliyev Azərbaycanın dünyəvi dövlətə çevrilməsində xüsusi rol oynayıb".
YAP Nizami rayon təşkilatının sədri onu da qeyd edib kİ, Ulu Öndərin yürütdüyü siyasət ilk növbədə, ölkədə sosial iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi kimi mühüm həlqələri əhatə edirdi: "Bu siyasətin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının gündən–günə artmasında göstərdi. 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı".
"Dahi liderin əsasını qoyduğu dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir" - deyən millət vəkilinin sözlərinə görə, Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyev respublikamızın davamlı inkişafını sürətləndirən kompleks islahatlar həyata keçirir: "Hazırda Azərbaycan iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyini, sosial islahatların modernizasiyasını təmin edən konsepsiya isə məhz Ulu öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir. Ulu Öndərin inkişaf doktrinasının dayaqları üzərində yeni dövrün meyarları fonunda inkişaf edən milli iqtisadi model modernizasiyanın çoxseqmentli trendlərinə söykənir".
"Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi fundamental dövlətçilik ənənələrini möhkəmləndirən və yeni dövrün reallaqlarına uyğun inkişaf etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən etibarən ölkədə demokratik cəmiyyət quruculuğu, siyasi və iqtisadi islahatların dönməzliyinin təmin edilməsi, yeni reformalar kursu hazırlayaraq həyata keçirməklə respublikamızın proqressiv sıçrayışı üçün dərin baza yaratmış oldu. Cənab İlham Əliyev xalq hakimiyyətinin bütün prinsip və metodlarını nəzərə alaraq ilk növbədə, xalqın, ictimai fikrin tələblərinə uyğun, onların istək və arzularına xidmət edən və xalqın maddi və mənəvi ehtiyaclarını ödəyən, vətəndaş həmrəyliyinin möhkəmlənməsini təmin edən, insanların dövlətə dərin inam və etibarını gücləndirən fəaliyyət institutu yaratdı. Bu demokratikləşmə prosesinin əsas avanqardına çevrilməklə ölkədə milli birliyin, vətəndaş cəmiyyətinin möhkəm bazasını daha da gücləndirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB