Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kiyevdə görüşüblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kiyevdə görüşüblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyevdə təkbətək görüş keçiriblər. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsində yazılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə edilib.

Qeyd edək ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının iclasında iştirak etmək üçün Kiyevdə səfərdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə