Asim Mollazadə: “Azərbaycan bütün imkanlarını səfərbər edib”

"Azərbaycanın xarici siyasəti qonşu dövlətlərlə toqquşmaq və ya kiməsə qalib gəlmək prinsipi daşımır"
Asim Mollazadə: “Azərbaycan bütün imkanlarını səfərbər edib”

"Azərbaycan bu gün inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq üçün bütün imkanlarını səfərbər edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün həm iqtisadi, həm də siyasi baxımdan güclü prespektivlərə malikdir: "Bunun isə başlıca səbəbi Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasi kursdur. Çünki, Azərbaycanın xarici siyasəti qonşu dövlətlərlə toqquşmaq və ya kiməsə qalib gəlmək prinsipi daşımır. Azərbaycanın yürütdüyü xarici siyasət balanslaşdırılmış siyasi xətt üzrə aparılır və sırf dövlətin maraqlarına xidmət edir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə