İsa Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə etiraz edib
Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun sədr postundan istefa ərizəsi müzakirəyə çıxarılıb. SİA-nın verdiyi məlumata görə, sessiyada R.İbrahimbəyovun ərizəsi qəbul olunub.
Onun əvəzinə Cəmil Həsənli Milli Şuranın sədri postuna seçilib.
Sessiyada R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə isə Müsavat başqanı İsa Qəmbər etiraz edib. İ.Qəmbər bildirib ki, R.İbrahimbəyov Rusiya vətəndaşı olduğundan Milli Şuranın fəxri sədri seçilməməlidir.
O bildirib ki, R.İbrahimbəyov fəxri sədr seçilərsə, partiyanin Milli Şura ilə bağlı mövqeyinə yenidən baxıla bilər. Səsvermədə Müsavat partiyasından olan şura üzvləri iştirak etməyib.
Sessiyada Rəsul Quliyevin Milli Şurada fəaliyyətinə xitam verilməsi barədə də qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB