Vəfa Quluzadə: “Rusiyanın bu cəhdləri uğursuzluqla nəticələnəcək” AÇIQLAMA

Vəfa Quluzadə: “Rusiyanın bu cəhdləri uğursuzluqla nəticələnəcək” AÇIQLAMA

"Ermənistan tərəfi birmənalı olaraq Rusiya dövlətinin müstəmləkəçisi və hərbi bazası rolunu oynayır. Artıq o da məlumdur ki, rəsmi Moskva işğalçı ölkəni itirə bilər". Bunu SİA-ya Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərini şərh edən politoloq Vəfa Quluzadə deyib.

Politoloqun sözlərinə görə, ermənilər artıq Avropaya inteqrasiya etmək istəyirlər: "Amma Rusiya prezidenti Vladimir Putin işğalçı ölkənin prezidenti Serj Sarkisyanı məcbur etdi ki, guya o, Gömrük İttifaqına daxil olacaq. Buna baxmayaraq, Qərb Ermənistanı Rusiyadan ayırmaq fikrindədir. Təbii ki, V.Putin buna yol verməmək üçün işğalçı ölkəyə yollandı. O, Ermənistanda bütün tədbirləri öz nəzarətinə almaq istəyir ki, bu, baş verməsin. Amma hesab edirəm ki, Rusiyanın bu cəhdləri uğursuzluqla nəticələnəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə