“YAP-dakı komissiyalar ölkə səviyyəsində olan problemlərin aradan qaldırılmasında kömək üçün yaradılıb”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın daxilində bir müddət əvvəl yaradılmış komissiyaların statusunu açıqlayıb.
S.Novruzov bildirib ki, YAP-da yaradılmış bu komissiyalar ölkə səviyyəsində olan problemləri müəyyənləşdirərək, aradan qaldırılmasında kömək üçün yaradılıb.
S.Novruzov bildirib ki, YAP da kadr islahatlarına öz layiqli töhfəsini verir: "YAP-ın Milli Məclisdə olan deputatları da tənqid olunası sahələrlə bağlı çıxışlar edir. Eyni zamanda toplantılarımızda da məsələ müzakirə olunur. Ümumrespublika səviyyəsində olan problemlərin aradan qaldırılması üçün YAP-ın komissiyaları da yaranıb".
S.Novruzov əlavə edib ki, həmin komissiyalar alternativ təkliflər, layihələr hazırlayır.
Prezident İlham Əliyev tərəfindən aparılmış son kadr islahatalrını şərh edən YAP rəsmisi bu addımları dəstəklədiklərini bildirib: "Mütəmadi olaraq hansı sahədə çatışmazlıq varsa, həmin sahələrdə islahatlar aparılır. Prezidentin sərəncamı ilə yeni təyin olunan müdafiə naziri, kənd təsərrüfatı naziri, əmək və əhalinin sosial müdafiəsi naziri öz tərəflərindən harda nöqsan varsa, orda dəyişiklik edirlər".
Hakim partiya təmsilçisi hesab edir ki, gələcəkdə də hansı sektorda problemlər olacaqsa, onlar aradan qaldırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB