Səlim Müslümov: “Sosial yardımlar avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək” AÇIQLAMA

Səlim Müslümov: “Sosial yardımlar avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək” AÇIQLAMA

"Ünvanlı sosial yardımların təyin olunma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək". SİA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sosial yardımlarla bağlı məsələrdə şəffaflıq yaxın zamanda həll olunacaq.

Onun sözlərinə görə, problem ilk olaraq yerlərdə öz həllini tapacaq: "Belə ki, ünvanlı sosial yardım almaq istəyən insanların müraciətləri yalnız poçt qutuları vasitəsilə həyata keçiriləcək. Bununla da yerlərdə bu məsələ ilə bağlı monipulyasiya imkanları olmayacaq. Yəqin ki, yaxın zamanda bütün bu istiqamətlərdə şəffaf sisteminin qurulacağının şahidi olacaqsınız".

Nazir həmçinin bildirib ki, bu günlərdə nazirliyin rəsmi saytında maşın və mənzil növbəsində dayananların siyahısı da öz əksini tapacaq. S. Müslümov qeyd edib ki, artıq bununla bağlı tapşırıqlar da verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə