Rusiyanın "Qolos Rossii" radiosu Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammiti ilə əlaqədar verilişində "Azərbaycan təhlükəsiz inteqrasiyanı seçir" mövzusuna toxunub.
Rusiyanın Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyov radioya müsahibəsində deyib: "Azərbaycanın bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri nizama salmaq istəyi, digər tərəfdən bu məsələyə çox həssas yanaşması, olduqca ağıllı siyasət yeritdiyini sübut edir. Bu cür assosiasiya çox mürəkkəb prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB