Hafiz Hacıyev: “Cəmil Həsənlinin vaxtı tükəndiyindən onu sədrliyə itələyirlər”
"Cəmil Həsənlinin vaxtı tükəndiyindən onu sədrliyə itələyirlər". Bu haqda SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Onun sözlərinə görə, Cəmil Həsənli bu gün heç bir uğur əldə edə bilmədiyindən onu sədrliyə ötürmək istəyirlər: "Əli Kərimov satqın olduğu və xarici kəşviyyata işlədiyi üçün onun Milli Şuraya sədrlik etməsi mümkün deyil. Rüstəm İbrahimbəyov və Cəmil Həsənli quruma nə İsa Qəmbərovun, nə də Əli Kərimovun sədrlik etməsinə razıdır".
Yaxınlarda Milli Şuranın iclasının keçiriləcəyini xatırladan partiya sədri onu da qeyd edib ki, orada Cəmil Həsənli sədr seçiləcək: "Bundan sonra partiyaların qurumdan getməsi prosesi başlayacaq. Bu baxımdan, Milli Şuranın perspektivi yoxdur və tez bir zamanda dağılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB