Politoloq: “Cəmil Həsənli özünü psixoloqa göstərsə, yaxşı olar” MÜNASİBƏT
"Cəmil Həsənlinin iki gün bundan əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası prezidentinin apardığı siyasi kurs və ölkədə aparılan hüquqi-siyasi islahatlarla bağlı səsləndirdiyi iddiaları siyasi sayıqlamadan başqa bir şey deyil". Bu sözləri SİA-ya Cümşüd Nuriyev açıqlamasında deyib. O bildirib ki, ölkədə həyata keçirilən işlər Prezident İlham Əliyevin seçkidən qabaqki gündəlik platformasında var idi və bunu dəfələrlə bəyan etmişdi.
Onun sözlərinə görə, Cəmil Həsənli tarixçidir gərək başa düşəydi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli islahatlar sırf struktur dəyişikliyi deyil, həm də həmin sahəyə münasibət və mövqeyin dəyişdirilməsidir: "Cəmil Həsənli özünü psixoloqa göstərsə, yaxşı olar. Bu cür düşüncə tərzinə malik olan adam prezident olmaq istəyirdi. Onun sözlərindən belə çıxır ki, ölkə başçısı atdığı hər bir addımı gəlib Cəmil Həsənli ilə razılaşdırıb sonra atır? Vallah bu, lətifədir. Özünə hörmət edən adam bu qədər düşüncəsiz danışmaz . Bunu bir başqası desə idi, deyərdik ki, yəqin bu insanın elmdən xəbəri yoxdur. Lakin elmlər doktoru, Azərbaycan Cümhuriyyətini araşdıran tarixçinin bu qədər eyforiyaya qapanması dəhşətli bir haldır. O, "küçə mənə dar gəlir" siyasəti ilə məşğuldur. Elə düşünür ki, Azərbaycanda atılan addımlar onunla razılaşdırılmalıdır. Yalnız ağlı dayaz, dəli olan insan bu şəkildə düşünə bilər. Ona görə də mənim ona yazığım gəlir. Bu adamın düşündüyü şeyləri gündəmə gətirməyin özü də xəcalətlidir. Düşünürsən ki, doğurdanmı bizim ziyalımız bu qədər xəstələnib. Mən bundan sonra ondan ayrı şeylər də gözləyirəm. Bu adam bu cür danışmağı bacardısa, deməli hər cür sözlər sayaqlaya bilər. Cəmil Həsənli yavaş-yavaş siyasi lətifəyə çevrilir. Jirinovskinin mövqeyini tutmaqla bərabər, Azərbaycanda Hafiz Hacıyevi kölgədə qoyub . Bu qədər səviyyəsiz, düşüncəsiz, siyasi kor olmaqla özünü təzədən Azərbaycan siyasətinə yamamağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB