Prezident İlham Əliyev Aleksandr Jilkini “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Aleksandr Jilkini “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Aleksandroviç Jilkinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Aleksandroviç Jilkin "Dostluq" ordeni ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə