Asəf Hacıyev: “Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir”
"Prezidenti İlham Əliyevin Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında iştirak etməsi o anlama gəlir ki, Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev deyib.
A.Hacıyev bildirib ki, Azərbaycanın apardığı balanslaşdırılmış siyasət hər kəslə əməkdaşlıq etməyə imkan verir: "Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə dostluq, əməkdaşlıq edir. Ancaq bu əməkdaşlıq elə olmalıdır ki, heç kəsin milli maraqları itirilməməlidir. Prezident İlham Əliyevin Vilnüsə getməsi Azərbaycanın avrointeqrasiya yolunu tutduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB