ACP-nin eks-lideri: “Müsavatda qurultay şousu yaradanların halına acıyıram”

ACP-nin eks-lideri: “Müsavatda qurultay şousu yaradanların halına acıyıram”
ACP-nin eks-lideri Rəsul Quliyev Müsavat Partiyasının həllini tapmayan qurultay məsələsinə dair fikir bildirib. SİA-nın məlumatına görə, o hesab edir ki, qurultayın yubadılması şousu partiya liderləri tərəfindən təşkil olunur.

"Facebook" səhifəsində fikirlərini paylaşan R.Quiyev deyib ki, belə oyunbazlıqlarla partiyanı inkişaf etdirmək mümkün deyil: "…Qurultay şousu düzəldənlərin halına acıyıram, istəyirəm kənardan baxan üçün onların necə gülünc görsəndiklərini başa düşsünlər. Məgər Müsavat Partiyasının üzvləri görmürlər ki, bu şoudur, partiyanın gələcək inkişafı ilə heç bir əlaqəsi yoxdur?"

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня