Nizami Cəfərov: "YAP əvəzsiz siyasi qüvvədir" AÇIQLAMA

Nizami Cəfərov: "YAP əvəzsiz siyasi qüvvədir" AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası (YAP) bu gün çox böyük siyasi qüvvədir". Bu sözləri SİA-ya millət vəkili Nizami Cəfərov YAP-ın 21-i ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, YAP Azərbaycanda harmoniya yaradan, ölkəmizin inkişafını təmin edən bir partiyadır. Onun sözlərinə görə, YAP xüsusilə ideoloji sahələrdə əvəzsiz, ən əsası isə gələcəyi olan bir partiyadır: "Partiyanın tərkibində artıq nəsil yetişir. Müasir dünya ilə bağlı olan, müasirliyə can atan, milli maraqlarımızı müdafiə edən gənclik yetişir. Gəncləri xüsusilə təbrik etmək lazımdır. Ona görə ki, onlar partiyanı quran nəslin ənənələrini davam etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə