Musa Qasımlı: “Prezidentin Sərəncamını ictimaiyyət nümayəndələri təqdir edir”
"Milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə misilsiz töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir". Bu fikirləri SİA-ya açıqlamsında millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili onu da qeyd etdi ki, bu Sərəncamın qəbulu ilə Azərbaycan tarixində misilsiz xidmətləri olan görkəmli şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salınaraq, onun haqqında məqalələr, monoqrafyalar dərc ediləcək. Prezidentin bu addımını bütün ictimaiyyət nümayəndələri təqdir edir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB