Politoloq: “Biz hər hansı bir tərəfə xüsusi prioritet vermirik” AÇIQLAMA

Politoloq: “Biz hər hansı bir tərəfə xüsusi prioritet vermirik” AÇIQLAMA

"Bu artıq Rusiyanın formalaşmış siyasətidir. Rəsmi Moskva beynəlxalq aləmdə Sovet İttifaqının varisi olaraq (Yaxın Şərq, Balkanlardan çıxarılıb və s.) öz mövqelərini xeyli itirib". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Rusiyanın Ermənistandan bir alət kimi istifadə edərək Cənubi Qafqazda həyata keçirdiyi siyasətə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putin yeni xarici siyasət konsepsiyasını təsdiqlədi və buna imza atdı: "Təbii ki, bu konsepsiyada da Rusiyanın xarici siyasətinin əsas prioritetləri göstərilib. Rusiyanın ilk prioret məsələsi isə MDB məkanıdır. Rusiya prezidenti bu konsepsiyanı qəbul etməklə özünün post-Sovet məkanında, Cənubi Qafqazda monopolist, inhisarçı ölkə olduğunu (beynəlxalq aləmə və birliyə) bildirib. Təbii ki, monopolist və inhisarçı mövqeni saxlamaq üçün müxtəlif alətlər mövcuddur. Onlardan biri də məhz Cənubi Qafqazdakı erməni faktorudur. Rəsmi Moskva Ermənistana dəstək olmaqla nəticə etibarı ilə regionda öz geo-politik maraqlarını təmin etmək istəyir. Buna nümunə kimi Gürcüstandakı 5 günlük müharibəni göstərə bilərik. Təbii ki, Azərbaycan dövləti bu reallığın fəqindədir. Ölkəmiz regionda yeganə dövlətdir ki, müstəqil siyasət həyata keçirir. Biz hər hansı bir tərəfə xüsusi prioritet vermirik".

Bütün xəbərlər Facebook səhifəmizdə