Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər

Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər

ABŞ Dövlət Departamentinin mətbuat katibi 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonundakı Qarakənd kəndinin səmasında törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.

Məlum olduğu kimi, həmin gün içərisində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarından ibarət sülhyaratma missiyasının üzvləri olan Mİ-8 helikopteri erməni silahlıları tərəfindən vurulub, nəticədə Azərbaycanın siyasi elitası da daxil olmaqla helikopterdəki bütün sərnişinlər həlak olub. Bu hadisə həmin ilin sentyabr ayında Jeleznovodsk şəhərində başlanmış sülh danışıqlarının dayandırılmasına səbəb olub.

Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, o dövrdə baş vermiş çoxsaylı faciələrdən biri olmuş 1991-ci il 20 noyabr hadisəsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əngəl yaranıb. Cen Psaki daha sonra deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə