Elşad Mirbəşiroğlu: “Rusiya Ermənistanda infrastruktura nəzarəti öz əlinə alıb” AÇIQLAMA

Elşad Mirbəşiroğlu: “Rusiya Ermənistanda infrastruktura nəzarəti öz əlinə alıb” AÇIQLAMA

"Rusiyanın regionda apardığı Cənubi Qafqaz siyasəti təbii ki, Ermənistan faktoruna əsaslanaraq həyata keçirilir. Beləcə, rəsmi Moskva Ermənistanı özünün forpostu élan edərək, regionda öz maraqlarının təmin olunmasına səy göstərir". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu Rusiyanın Cənubi Qafqazda apardığı siyasətə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu gün görünən məqam odur ki, işğalçı ölkə bütün addımlarında məhz Rusiyanın maraqlarını nəzərə alır: "Ermənistan tərəfi sanki rəsmi Moskvanın istəklərinə uyğun addım atmaqla onun regiondakı strategiyasının həyata keçirilməsinə xidmət edir. Bu gün Rusiya Ermənistanda bütün infrastruktura nəzarəti öz əlinə alıb. Təbii ki, bu baxımdan da Ermənistan hakimiyyəti müstəqil addım atmaq və siyasət yürütmək imkanlarını itirib. Bütün bu reallıqlar ondan xəbər verir ki, Rusiya hazırda Cənubi Qafqaz regionunda həyata keçirdiyi siyasətlə Ermənistandan bir alət kimi istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə