“NEWS.am”: “Rusiya və Ermənistan regionu təhlükəyə atmağa hazırlaşır”
Rusiya və Ermənistan nüvə təhlükəsizliyi sahəsində texniki əməkdaşlıq haqqında saziş hazırlayıb. Bu saziş Metsamor atom elektrik stansiyasının (AES) yeni enerji bloku üzrə yenilənməsini nəzərdə tutur. Bu haqda SİA "NEWS.am" erməni saytına istinadən xəbər verir. Belə ki, bu haqda Ermənistan hökumətinin noyabrın 21-də keçirilmiş iclasında qeyd olunan layihədə Ermənistanın energetika naziri Armen Movsisyan bildirib.
Qeyd edək ki, saziş hökumət tərəfindən hələlik qəbul edilməyib.
Yeni enerji blokunun tikiləcəyi tarix hələlik məlum deyil. Buna səbəb maliyyələşməyə dair tam zəmanətin olmamasıdır. Rusiya isə hələlik layihənin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, cari ilin sentyabrında Metsamor AES-in fəaliyyət göstərən enerji blokunun istismar müddəti 2016-cı ildən 2026-cı ilədək uzadılıb. Rusiyanın "Rosatom" şirkəti AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirilməsi üçün texniki dəstək göstərəcək. Rusiya bu məqsədlə Ermənistana məbləği yaxın 2-3 ay ərzində müəyyən ediləcək güzəştli kredit kimi ayırmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB