“Ayots Aşxar”: “İqtisadi böhran Ermənistan hökumətini narahat etməyə başlayır”
"İlk yarımillikdə iqtisadi böhranın tendensiyaları Ermənistan hökumətini narahat etməyə başlayıb". Bu haqda SİA Ermənistanın "Ayos Aşxar" nəşrinə istinadən xəbər verir.
Nəşrdə deyilir ki, ikinci yarımillikdə iqtisadi fəallığın templəri yarımilliyin nəticəsinə görə, iqtisadi artım cəmi 4,4% təşkil edir. Lakin vaxti ilə bu iqtisadi artım 9% təşkil edib.
Bu haqda baş nazir öz çıxışı zamanı da bildirib. Tiqran Sarkisyan hökumət nümayəndələrinə iqtisadi artıma mane olan hadisələri aşkar etməyi tapşırıb.
Qeyd edək ki, bu hökumətin növbəti iclaslarında da müzakirə ediləcəyi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB